İpoteka böhranı başlayır?
Bizi izləyin

Ekopublika.az

İpoteka böhranı başlayır?

Bu ilin 7 ayında ipoteka kreditləşməsinin həcmi 62,2 mln manat olub.

Publika.az Mərkəzi Bankın statistik hesabatlarına istinadən bildirir ki, ötən ilin eyni dövründə bu rəqəm 64,2 mln manat təşkil edib. Kreditlərin böyük faizi Bakının payına düşüb. Hesabat dövründə orta ipoteka kreditinin həcmi 39 min 905,4 manat (1 iyul 2013-cü ildə 39,47 min manat), orta aylıq ödəniş 318,5 manat, ötən il isə 319,9 manat olub. Kteditlər üzrə dərəcə cüzi azalıb – 6,88%-dən 6,82%-ə.

Xatırladaq ki, hazırda 28 bank AİF-in müvəkkil banklarıdır. Bundan əlavə, 21 sığorta şirkəti və 11 qiymətləndirmə şirkəti də ipoteka bazarının iştirakçısıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm