Ekopublika.az
Vergi Məcəlləsinə dəyişikliklər edildi
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilib.
Vergilər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər aparılıb:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №–8, I
kitab, maddə 583; 2001, №–7, maddə 454, №–9, maddə 576, №–12, maddə
734; 2002, №–5, maddə 249, №–12, maddə 707; 2003, №–8, maddə 425,
№–12, I kitab, maddə 671; 2004, №–1, maddə 1, №–11, maddə 887,
№–12, maddə 980; 2005, №–2, maddə 61, №–8, maddə 688, №–12, maddə
1081; 2006, №–12, maddələr 1005, 1026; 2007, №–1, maddə 4, №–6,
maddə 597, №–8, maddə 745, №–11, maddə 1053, №–12, maddə 1192;
2008, №–7, maddə 602, №–11, maddə 960; 2009, №–7, maddə 506; 2011,
№–1, maddə 14, №–7, maddələr 588, 603, №–12, maddə 1115; 2012, №–6,
maddələr 500, 513, №–7, maddə 652, №–9, maddə 841, №–12, maddə
1226; 2013, №–2, maddə 91, №–4, maddə 366, №–11, maddə 1278, №–12,
maddələr 1483, 1486, 1495; 2014, №–2, maddələr 94, 98) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 198.1.1-ci maddədə “binaların inventarlaşdırılmış dəyərindən”
sözləri “binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə -
onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə
görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina
Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən
yuxarı olmayan əmsallar tətbiq edilməklə)” sözləri ilə və həmin
maddənin ikinci abzası aşağıdakı cədvəllə əvəz edilsin:
Yaşayış məntəqələri |
Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) |
||
Bakı |
0,4 |
||
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu |
0,3 |
||
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri |
0,2 |
||
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) |
0,1 |
1.2. 200.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada
verilsin:
“Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə
əsasən hesablanır.”;
1.3. 200.2-ci maddədə “dəyərindəki payına” sözləri “sahəsindəki payına” sözləri ilə əvəz edilsin.;
“206.3. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
|||
10000 m²- dək olduqda |
10000 m²- dən yuxarı olan hissə üçün |
10000 m²- dək olduqda |
10000 m²–dən yuxarı olan hissə üçün |
||
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
|
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
|
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
|
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |
İqtisadiyyat şöbəsi
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?