Ukrayna valyutası dollara nisbətdə dəyərini itirir
Bizi izləyin

Ekopublika.az

Ukrayna valyutası dollara nisbətdə dəyərini itirir

Ukrayna Mərkəzi Bankı dollara nisbətdə qrivinin məzənnəsini aşağı endirib.

Publika.az rus mətbuatına istinadən bildirir ki, 13,139 qrivin 1 dollar təşkil edir. Bununla da Ukrayna valyutasının məzənnəsi tarixinin minimumuna endirilib.

Sonuncu dəfə bu minimum 14 apreldə qeydə alınmışdı. 12,977 qrivin dollar ekvivalenti ilə 1 dollar idi.

Qeyd edək ki, yaxın günlərdə Ukrayna Mərkəzi Bankı sədrinin Ali Radada kurs siyasəti ilə bağlı hesabatı dinlənəcək. MB sədri artıq Ukraynanın Şərqindəki əməliyyatların qrivinin məzənnəsinə mənfi təsir etdiyini deyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm