Qubad İbadoğlu: “Kreditlərin həcmi artırılmalıdır”
Bizi izləyin

Ekopublika.az

Qubad İbadoğlu: “Kreditlərin həcmi artırılmalıdır”

Xəbər verdiyimiz kimi, ölkədə ipoteka kreditlərinin həcmi azalıb. Bu ilin 6 ayında 62, 2 milyon manat kredit verilib. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 64,2 milyon manat təşkil edib. Bundan əlavə, İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi bu il 56,6 milyon manat, 2013-cü ildə isə 35,6 milyon manat olub. Cari ildə fondun tərəfindən yerləşdirilən istiqrazların həcmi də azalıb.

Publika.az-ın bu yöndə suallarını iqtisadçı-ekspert Qubad İbadoğlu cavablandırıb.

- İpoteka kreditlərinin həcmi niyə belə azalıb?

- İpoteka krediti almaq üçün yüksək gəlirə sahib olmaq lazımdır. İndiyə qədər 15 min 212 nəfər ipoteka krediti alıb. Bu o kontingentdir ki, onların əməkhaqları yüksəkdir. Əməkhaqları orta və aşağı olanların indiki halda kreditlərə çıxış imkanı yoxdur. Kreditlərin azalması bazarda mənzillərin qiymətlərinin qalxması ilə də bağlı ola bilər. Son bir ildə daşınmaz əmlak bazarında artım qeydə alınıb. Üçüncü səbəb bu istiqamət üzrə kreditlərin idarə edilməsində bankların risklərinin çoxalması ilə bağlıdır. Əbəs deyil ki, kreditdə ilkin ödəniş 10-15 faiz nəzərdə tutulduğu halda, banklar risklərdən sığortalanmaq üçün 20-30 faiz arasında ilkin ödəniş tələb edirlər. Digər məsələ - sosial və adi ipoteka kreditləri banklar üçün elə də əlverişli deyil. Kommersiya şərti ilə verilən kreditlərin isə faiz dərəcələrinin yuxarı olması tələbin azalmasına gətirib çıxarıb. Bütün bunlara rəğmən, o da faktdır ki, ö

- İpoteka Fondunun statistik rəqəmlərinə görə, ən çox kredit özəl sektorda işləyənlərə verilir. Belə çıxır, maaşı 600 manatdan aşağı olanlar prosesdən yararlana bilmirlər?

- Bu gün təklif olunan ipoteka “elitar” ipoteka hesab edilir. Bu sahədə aparılan işlər onu göstərir ki, ayrılan ipoteka çox kəskin tələbatın ödənilməsində krediti problemin həll olumasına yardımçı ola bilmir. Sosial vəziyyəti orta səviyyədə olan azərbaycanlının ipoteka kreditlərinə çıxış imkanları demək olar ki, yox vəziyyətindədir. Kreditlərdən faydalanmaq üçün yüksək əmək haqqı tələb olunur. Nəzərə alsaq dövlət idarəetməsində əməkhaqları yüksək deyil, o baxımdan özəl sector dominantdır. Bundan əlavə, ipoteka alanların arasında bank sektorunda çalışanların payı çoxdur. Belə ki, bəzi banklar çox zaman kreditləri öz işçilərinin adına rəsmiləşdirirlər. Nəticədə ipoteka kreditləri təyinatından yayındırılır. Hesab edirəm, vəziyyəti düzəltmək üçün yeni qaydalar tətbiq olunmalıdır. Xüsusilə də, ilkin ödənişin ləğv edilməsi çox vacibdir.

- MKT-lar tərəfindən verilən kreditlər də azalıb. Məsələn, ötən ilin altı ayında 42434.0 manat məbləğində, bu ilin müvafiq dövründə isə 39905.4 manat kredit verilib.

- MKT-ların riskləri idarə etmə potensialı aşağıdır. Vəsaitlərin, risklərin idarə edilməsi onlar üçün əlavə problemlərə gətirib çıxarır. Tikinti şirkətləri daha çox mənzillərin nağd satışına üstünlük verirlər.

- Statistika göstərir ki, AİF tərəfindən yerləşdirilmiş istiqrazların həcmi də azalıb. Bu azalma tempi 2012-ci ildən start götürüb. 2010-cu ildə 75; 2011-ci ildə 77 milyon manat istiqraz yerləşdirilmişdisə, 2012-ci ildə bu rəqəm 36; 2013-cü ildə 57 milyon manat olub. Cari ilin 6 ayında (10.0 milyon manat istiqraz) da ötən ilin müvafiq dövrü ilə (31 milyon manat istiqraz) müqayisədə azalma var.

- İpoteka fondu bazarda əməliyyatlar aparmaq üçün əlavə vəsait mənbələri cəlb etməyə çalışır. İstiqrazların şərtləri əlverişli olmadığından genişlənmə ləngiyir.

- Sosial ipoteka kreditlərinin verilməsi qrafiki də maraqlıdır. Son iki ildə AİF büdcədən bu istiqamətə ayrılan vəsaiti 2 dəfəyə təqdim edir.

- Vəsaitlərin belə qrafiklə ayrılmasının səbəbi bəlli deyil. Hesab edirəm ki, sosial ipoteka kreditləri müntəzəm xarakter daşımalıdır. Eyni zamanda kreditlərin həcmi artırılmalıdır. Çünki maksimum kommersiya krediti üçün 50 min manat ayrılır. Bu gün 50 min manata mənzil problemini həll eləmək o, qədər də asan deyil.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm