“80 yaşını keçənlərin pensiyası 30 faiz artırılmalıdır”- Açıqlama
Bizi izləyin

Ekopublika.az

“80 yaşını keçənlərin pensiyası 30 faiz artırılmalıdır”- Açıqlama

Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 189,6 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 148,9 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 128,2 manat təşkil edir.Saya gəlincə, əmək pensiyası alan şəxslərin sayı 1 281 712 nəfərdir. Onlardan yaşa görə əmək pensiyası alanların sayı 787 680 nəfərdir, bu da ümumi pensiyaçıların sayına nisbətdə 61,5 faiz olub. Əlilliyə görə əmək pensiyası alanların sayı 356 188, ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 137 844 nəfərdir. Sual doğuran pensiyaçırlar üzrə yaş qruplarıdır. Hansı ki xarici ölkələrdə pensiyaların hesablanması zamanı bu faktor da nəzərə alınır.

İqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın pensiya sisteminin təqaüd məbləğlərinin yaş qrupları üzrə indeksasiyasını aparmadığını deyir: “Amma bir sıra inkişaf etmiş ölkələrdə və hətta qonşu Rusiyada pensiya məbləğləri müəyyənləşdirilən zaman yalnız iş təcrübəsi və ya sosial ödənişlərin məbləği deyil, həmçinin təqaüdçünün yaşı da nəzərə alınır. Məsələn, Rusiyada pensiyaçı 80 yaşa çatan kimi təqaüd məbləği 30 faiz artılır. Yəni, əgər pensiyaçının təqaüdü 200 dollardır, 80 yaşı tamam olduqdan sonra bu məbləğ 260 dollara yüksəlir”.

V.Bayramov pensiya məbləğinin yaş qrupları üzrə indeksasiyasının Azərbaycanda da tətbiqinin vacib olduğunu deyir: “Nəzərə almaq lazımdır ki, yaşı 80-i keçən vətəndaşların xərcləri daha çox olur. Bu, onların səhiyyə xərclərinin artması ilə əlaqədardır, insanlar yaşlaşdıqdan sonra sağlamlıqlarına daha çox pul xərcləməli olurlar, ona görə də həmin vətəndaşların pensiya məbləğinin artırılması məqsədəuyğundur.Yaşı pensiyaçıların yaşı 70-ə olduqda təqaüd məbləği 10, 75-ə çatdıqda 20, 80-i keçdikdı isə 30 faiz artırılmalıdır. Ölkədəki orta ömür müddətini də nəzərə aldıqda bu büdcə üçün hər hansı ciddi ağırlıq yaratmayacaq. Əksinə, islahat pensiyaçılara xərclərini müəyyən qədər kompensasiya edə bilmək imkanı verəcək. Eyni zamanda, təqaüdçü vətəndaşlarımız sosial təminat sistemindən daha yaxşı yararlana biləcəklər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm