Sanksiyaların ilk zərbəsi Yunanıstana dəydi
Bizi izləyin

Ekopublika.az

Sanksiyaların ilk zərbəsi Yunanıstana dəydi

Avropa Birliyi ilə Rusiya arasındakı ticari mübarizədə ən böyük zərbəni hal hazırda iqtisadi böhranla mübarizə aparan Yunanıstana dəyib.

Publika.az xəbər verir ki, yunanların şaftalı istehsalının 60 faizi rus bazarına ixrac edilirdi. Kivinin 50 faizi, çiyələyin isə 90 faizi. Yunanıstanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, rus bazarı onlar üçün ana bazardır. Hazırda tonlarla meyvə gömrükdə Rusiyaya ixracı gözləyir: "Burada təxminən 3 min ton şaftalı soyuducuda gözləyir. İstehsalçılar anbarları kompensasiya etsələr belə, zərərlərini hesablamaq imkanı olmayıb. Yunan fermerləri özlərini Brüsellə Moskva arasındakı döyüşün günahsız qurbanları hesab edirlər.

İqtisadi müharibənin yeganə qurbanı yunan fermerləri deyil. Yük daşımaq üçün Yunanıstana gələn rus sürücüləri də çətinliklə üz-üzə qaldıqlarını deyirlər:"Mən yükümü almaq üçün gəlmişəm. Lakin burada yeni qanunun qüvvəyə minməsindən xəbər tutdum. Yunanıstandan alınan heç bir mal Rusiya sərhədindən keçirilməyəcək. TİR-ı dayanacağa çəkib, günlərdir gözləyirəm. Nə olacağı müəyyən deyil".

Bu arada sürücülər zərəri az da olsa, kompensasiya etmək üçün əllərində qalan malları Çexiya, Ukrayna, Belarusiya və Polşa bazarlarına yarı qiymətinə satmağa çalışdıqlarını deyirlər.

Yunanıstanın Rusiyaya ixracatının 40 faizini əkinçilik məhsulları təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm