2015-dən Krımda maaş və pensiya məbləğləri Rusiya ilə eyniləşdiriləcək
Bizi izləyin

Ekopublika.az

2015-dən Krımda maaş və pensiya məbləğləri Rusiya ilə eyniləşdiriləcək

“Növbəti ildən Krımda pensiya və əməkhaqları Rusiya qanunvericiliyinə uyğun hesablanacaq”.

Publika.az xəbər verir ki, bunu prezident Vladimir Putin bəyan edib.O deyib ki, Krımda pensiyalar artıq iki dəfə artırılıb: “Pensiyaların məbləği Rusiyanın orta göstəricisinə yaxınlaşıb. 2015-ci ilin yanvar ayının 1-dən pensiyalar və büdcə işçilərinin əməkhaqqıları Rusiya qanunvericiliyinə uyğun hesablanacaq”.

Qeyd edək ki, Ruisya Krımla bağlı maliyyə proqramı həyata keçirməyi planlayır. Proqramın büdcəsi 681 milyard 221 milyon 180 min rubl həcmində təşkil edir. Vəsaitin 658 milyard 135 milyon, 880 min rublu federal büdcədən, 23 milyard 85 milyon 300 min rublu digər mənbələrdən cəlb olunacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm