Ekopublika.az
Azərbaycan bankları filiallarını bağlayırlar - VİDEO
Kreditlərlə bağlı son dəyişiklikdən sonra vətəndaşların bu filiallara müraciətləri azalıb
Ölkədə bir sıra banklar öz filiallarını bağlamağa qərar
veriblər. Buna səbəb filiallarla daha çox kreditlərlə bağlı
xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılmasıdır.
Mütəxəssislər deyir ki, filialların bağlanmasına zərurət əsasən
avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq
banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif
olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar.
Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır.
Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu
filiallara müraciətləri azalıb.
Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub.
Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib.
Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata
keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz
xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını
azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar
edəcək.
İqtisadçı, Ruslan Atakişiyev: “İndiki vəziyyətdə banklar istənilən
qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət
idi ki, işə gəlmisənsə kredit götürəcək şəxs tap. Çərçivə
daraldıqca insanların sayını azaldacaq”.
Filialların bağlanması xüsusən bölgələrdə gözlənilir. Hesab olunur
ki, bu yerlərdə öz müştərilərinin azaldığını və digər xidmətlərə də
tələbatın aşağı düşdüyünü görən bank həmin bölgədəki ofisini
bağlayacaq. /ANS TV/
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK