Manatın dövriyyəyə buraxılmasından 22 il keçdi
Bizi izləyin

Ekopublika.az

Manatın dövriyyəyə buraxılmasından 22 il keçdi

Bu gün Azərbaycanın müstəqillik atributlarından olan manatın dövriyyəyə buraxılmasının ildönümüdür. 22 il əvvəl tədavülə buraxılan manat indi dünyanın həm ən qiymətli, həm də dayanıqlı valyutalarından hesab edilir.

ANS TV-nin məlumatına görə, 1992-ci il avqustun 15-də, ilk dəfə 1, 10 və 250 manatlıq, noyabrında isə 5, 10, 20 və 50 qəpikliklər, dekabr ayında 5 manatlıq əskinas dövriyəyə buraxıldı. Lakin çox keçmədi ki, manatın məzənnəsi zəifləməyə başladı. Müxtəlif zaman kəsiklərində nəinki dünyada, hətta qonşu ölkələrdə baş verən iqtisadi proseslərin təsirilə milli valyutamız 315 dəfə dəyərini itirdi. Bu, tendensiya 2004-cü ilin sonuna qədər davam etdi. 2005-ci ildə manat ABŞ dollarla müqayisədə, hətta 200 manatdan çox bahalaşdı.

2006-cı idə Milli Bankın həyata keçirdiyi denominasiya isə Azərbaycan manatının tarixində dönüş nöqtəsi oldu. Yeni pulların biri 5 min nisbətilə buraxıldı. İndi manat regionun ən qiymətli valyutası sayılır.

Hökumət məzənnə siyasətinə ciddi nəzarət edir və yaxın gələcəkdə nağd ödənişlərin azaldılması, bank kartları vasitəsilə alqı-satqı proseslərinin stimulaşdırlıması, kağız pullara ehtiyacı da xeyli dərəcədə azaldacaq. Mərkəzi Bank yaxın gələcəkdə dəmir manatlıqlar da buraxmaq niyyətindədir.

Amma bu kağız pullar erasının sonu olmayacaq. Necə deyərlər, pulun “əl çirki” olduğu deyilsə də bizim ona hər zaman ehtiyacımız olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm