• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ÜDM 2,4 faiz artıb

ÜDM 2,4 faiz artıb

Ötən ay ümumi daxili məhsul istehsalı 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2.4 faiz artaraq 34.0 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Publika.Az-a verilən məlumata görə, əlavə dəyərin 45.5 faizi sənaye sahələrində, 11.4 faizi tikinti kompleksində, 9.8 faizi ticarət və pullu xidmət sahələrində, 5.0 faizi nəqliyyatda, 1.7 faizi informasiya və rabitə müəssisələrində, 4.9 faizi aqrar bölmədə, 14.6 faizi digər sahələrdə yaradılıb. Əhalinin hər nəfərinə orta hesabla 3621.3 manat məbləğində (4617.3 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz artıb.

Əlavə dəyərin 56.8 faizi qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 6.8 faiz artıb. Neft-qaz sektorunda isə 3.1 faiz azalmışdır. İqtisadiyyatın qeyri-enerji sektorunda 6.9 faiz artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR