Azərbaycanda 1,5 milyon muzdlu işçi var
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda 1,5 milyon muzdlu işçi var

Azərbaycanın əmək bazarında çalışan muzdlu işçilərin sayı açıqlanıb.

Publika.az-ın məlumatına görə, cari ilin ilk 6 ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 510,5 min nəfər olub. Onlardan 891,6 min nəfəri dövlət, 619,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmirində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 1,7 faizi informasiya və rabitə sahəsində çalışıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm