• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Səhm seqmentində ticarətin həcmi 748,9 milyon manat təşkil edib

Səhm seqmentində ticarətin həcmi 748,9 milyon manat təşkil edib

Korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında, həm də əməliyyatların həcmində yüksək templi artım müşahidə olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, ilin altı ayında korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz, həcmi isə 3,1 dəfə artaraq 2 milyard manat təşkil edib. Ümumilikdə, 2014-cü ilin birinci yarımilliyi ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 12,3 faiz üstələyib.

2014-cü ilin ilk 6 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcmi 2,7 dəfə artaraq 748,9 milyon manat təşkil edib, real sektor təmsilçilərinin və xüsusi olaraq bankların səhm bazarı vasitəsilə aktiv maliyyələşməsi səhmlərin ilkin bazarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıraraq, 732,7 milyon manata çatdırılıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR