Zərərlə işləyən bankların sayı artıb
Bizi izləyin

Ekopublika.az

Zərərlə işləyən bankların sayı artıb

Ötən ayın 1-nə olan məlumata görə, ölkədə fəaliyyət göstərən banklardan 36-sı mənfəətlə işləyib. İlin əvvəlində bu rəqəm 38 təşkil edib.

Publika.az xəbər verir ki, Bank sisteminin cəmi mənfəəti (mənfəətlə işləyən banklar üzrə) 235.06 milyon manat olub. Zərərlə işləyən bankların sayı səkkizə çatıb. Halbuki ilin birinci ayında bu rəqəm beş olub. Statistika göstərir ki, aprel ayında 11 bank zərərlə işləyib. Bank sisteminin cəmi zərəri (zərərlə işləyən banklar üzrə) -34.34 milyon manat olub. Banklar tərəfindən əldə olunan yekun mənfəət 200.72 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm