• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mağazaların, xidmət ofislərinin icarəsi ucuzlaşıb - Açıqlama

Mağazaların, xidmət ofislərinin  icarəsi ucuzlaşıb - Açıqlama

“Kommersiya obyektləri satışı bazarında dinamika müşahidə edilib və bu, orta qiymətə təsirsiz ötüşməyib”.

Bunu Publika.az-a iqtisadçı-ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, iyun ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə -8.2% azalaraq 4021 $/kv.m təşkil edib. May ayına nisbətən iyun ayında aktivliyin azalması, obyektlərin satışının ekspozisiya müddətinin 3,0% artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 146 gün təşkil edib.

İqtisadçı bildirib ki, 2014-cü il iyun аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqı qiymətlərində azalma ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа da -1,0% azalma müşаhidə olunub:” Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin оrtа qiyməti (təklif üzrə) qеydə аlınаn 4380 $/kv.m-dən azalaraq 4021$/kv.m, icarə qiymətləri isə 20.09 $/kv.m/ay azalaraq 19.89 $/kv.m/ay təşkil edib. İyun ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb. Qiymətlərin son ayda azalması I, II və IV zonalarda, artımı isə yalnız III zonada müşаhidə еdilib. Qiymətlərin son iki ayda azalması əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendesiyası ilə izah olunur

Ümumilikdə son iki ayda qiymətlərdə və bazarın aktivliyində azalma müşahidə olunsa da, iyun ayında may ayına nisbətən daha çox azalma baş verib”.

Ekspert qеyri-yаşаyış sаhələri üzrə orta qiymət dəyişməsini seqmentlər üzrə cədvəllərlə əsaslandırdı:

Sahələr

may 2014

iyun 2014

%

mağaza

4409

4499

2.04%

yеr

4318

4184

-3.10%

xidmət

3976

3802

-4.38%

оfis

2619

2590

-1.11%

zirzəmi

1014

1026

1.18%

sənаyе

667

672

0.75%

ortа qiymət

4380

4021

-8.20%

Zonalar üzrə obyektlərin icarə qiymətlərində daha çox azalma qeydə alınıb.

Zonalar

may 2014

iyun 2014

%

I zona

23.11

20.7

-10.4%

II zona

18.52

22.44

21.2%

III zona

17.46

14.16

-18.9%

IV zona

8.13

8.1

-0.4%

Ortа qiymət

20.09

19.89

-1.00%

N.İbrahimov qeyd etdi ki, I, III və IV zonalar üzrə obyektlərin icarə qiymətlərində azalma, II zonada isə artım müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərəçarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar.

seqmentlər

may 2014

iyun 2014

artım/azalma, %

Mağaza

33.81

33.54

-0.80

Yеr

22.83

20.54

-10.03

xidmət

17.60

16.00

-9.09

Оfis

22.2

18.0

-18.72

zirzəmi

4.8

5.1

5.63

sənаyе

4.82

4.85

0.62

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR