Ukraynanın qaz istehlakı 30 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

Ukraynanın qaz istehlakı 30 faiz azalıb

İyul ayında Ukraynada təbii qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% azalaraq, 1.271 milyard kubmetr təşkil edib.

Publika.az Ukraynanın Statistika Komitəsinə istinadən bildirir ki, iyun ayında istehlak 13,9 faiz azalıb. Ukraynada neft istehlakı ötən ilin iyul ayı ilə müqayisədə 23,3 faiz – 227,3 min ton aşağı düşüb. İyun ayında azalma 8,8 faiz təşkil edib. Maraqlıdır ki, kömür istehlakı da azalıb. Bu rəqəm nə az, nə çox - 25,9 faiz olub. Ötən illə müqayisədə 4,695 milyon ton deməkdir.

“Naftoqaz”ın rəhbəri Andrey Kobolev bildirib ki, istehlak 20 fauz azalsa Ukrayna öz ehtiyacını Avropa qazı ilə də qaşılaya bilər: “Təkcə kommunal sahədə 4 milyard kubmetr qaza qənaət etmək olar. Artıq “Kievenerqo” Kiyevə verilən isti suyu bağlayıb. Bütün istilik qurumları qazı kəsiblər. Yay rejimi ilə bağlı qənaətdən istifadə edə biləcəyimizi düşünürük”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm