Ekopublika.az
Tikinti materialları və ev inşası bahalaşıb
Ötən ay tikinti materialları bazarında qiymət artımı baş verib.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, tikinti materialları 3% bahalaşıb. Artım əsasən ağac məhsullarında müşahidə edilib. Ağac məhsilları 4%, dəmir borular 2%, taxta 4,5%, metal örtüklər 2%, şveller 1,5%, sink təbəqələr 2,6% bahalaşıb.
Bu arada Azərbaycana taxta məhsulları əsasən Rusiyadan gətirilir. Onu da bildirək ki, tikintidə də qiymətlər qalxıb. “Statkom”un hesabatına əsasən ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,1 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 1,4 faiz bahalaşma müşahidə edilib.
Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,5 faiz ucuzlaşıb. İstehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 1,1 faiz bahalaşıb.
İqtisadiyyat şöbəsi
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO