Dövlət Neft Fondundan büdcəyə 51 milyard manat transfer edilib
Bizi izləyin

Ekopublika.az

Dövlət Neft Fondundan büdcəyə 51 milyard manat transfer edilib

Dövlət Neft Fondunun aktivləri 37 622,4 milyon dollar yüksəlib.

Fonddan Publika.az-a verilən məlumata görə, qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə 1 635 mln. manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsinə 1 080,4 mln. manat, "Bakı - Tbilisi - Qars yeni dəmir yolu" layihəsi 386,7 mln. manat, "Star" neft emalı kompleksinin tikintisinə 372,6 mln manat, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 40,0 mln manat xərclənib. İndiyə qədər fonddan dövlət büdcəsinə transferlərin həcmi 51 318,8 mln. manat təşkil edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 93,0 mln. manat ayırılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm