AB Rusiyanın sanksiyalarından zərərə düşənlərə 125 milyon avro ayırdı
Bizi izləyin

Ekopublika.az

AB Rusiyanın sanksiyalarından zərərə düşənlərə 125 milyon avro ayırdı

Avropa Komissiyası Rusiyanın sanksiyaları ilə üz-üzə qalan kənd təsərrüfatı istehsalçılarına 125 milyon avro həcmində yardım ayırıb.

Publika.az xəbər verir ki, bu yardım avqustdan başlayaraq noyabr ayının sonuna qədər davam edəcək. Bir məqamı da vurğulayaq ki, Avropa Komissiyası Rusiyanın sanksiyalarından dəyən ziyanı hələ hesablamayıb.

Ekspertlər isə təxminən 7 milyard avro dəyərində idxal məhsulunun qadağasından söhbət getdiyini bildirirlər: “125 milyon avro meyvə-tərəvəz məhsullarının bazarda dəyərdən düşməməsinə xərclənəcək”.

Qeyd edək ki, sanksiyalardan başda Avropa Birliyinin əziyyət çəkəcəyi deyilir. Ziyanın həcmi 6,5 milyard dollar səviyyəsində ölçülür. AB-ya daxil olmayan ölkələrin zərərinin daha az olacağı təxmin edilir. Norveçin zərəri 1,1 milyard dollar, ABŞ 843,8 milyon dollar, Kanandının 373,6 milyon dollar, Avstraliya 182 milyon dollar səviyyəsində qiymətləndirilir.

Bildirək ki, kənd təsərrüfatı istehsalçılarının vəziyyətinin müzakirəsi ilə bağlı 28 ölkənin ekspertlərinin görüşü avqustun 22-də Brüseldə baş tutacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm