Büdcə təskilatları təbii qazın, istilik enerjisinin, suyun pulunu ödəyə bilmir
Bizi izləyin

Ekopublika.az

Büdcə təskilatları təbii qazın, istilik enerjisinin, suyun pulunu ödəyə bilmir

2014-cu ilin yanvar-iyun aylarında dovlət budcəsindən maliyyələsdirilən idarə, muəssisə və təskilatlar tərəfindən 885,8 milyon kVt.saat elektrik enerjisi, 99,1 min Q.kal istilik enerjisi, 71,9 milyon kub metr təbii qaz, 11,1 milyon kub metr su, 5,1 milyon manatlıq rabitə xidmətləri istehlak edilib.

Publika.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövru ilə müqayisədə rabitə xidmətlərinin istehlakı 21,4 faiz, təbii qazın istehlakı 6,8 faiz, istilik enerjisinin istehlakı 6 faiz, elektrik enerjisinin istehlakı 4,2 faiz artıb, suyun istehlakı isə 4,3 faiz azalıb.

İstifadə olunan elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin umumi dəyəri 3,9 faiz artaraq 78,1 milyon manat təskil edib. İstehlakın ümumi dəyərinin 68 faizini elektrik enerjisi, 12,7 faizini su, 9,2 faizini təbii qaz, 6,5 faizini rabitə xidmətləri, 3,6 faizini isə istilik enerjisi təskil edib. Diqqəti çəkən 2014-cü ilin yanvar-iyun aylarında büdcə təskilatları istifadə etdikləri ehtiyatların ümumi dəyərinin 87,1 faizini (2013- cü ilin müvafiq dövründə 83,4 faiz) ödəməklə 10,1 milyon manatını kəsirdə qoyublar. İstehlak edilən elektrik enerjisinin 8 milyon manatı, təbii qazın 760,6 min manatı, istilik enerjisinin 546,4 min manatı, suyun 524,0 min manatı, rabitə xidmətlərinin 269,5 min manatı ödənilməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm