Qeyri-neft sektorunda istehsal artıb
Bizi izləyin

Ekopublika.az

Qeyri-neft sektorunda istehsal artıb

Cari ilin yanvar-iyul aylarında ölkənin neft və qeyri-neft sektorunda ümumi daxili məhsul istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım olub.

Dövlət Statistika Komitəsindən ANS PRESS -ə bildiriblər ki, ötən yeddi ayda neft sektorunda 14679,8 milyon manatlıq, qeyri-neft sektorunda isə 19315 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.

Qeyd edək ki, Azərbaycanda ötən 11 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır.

Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 1 ildə ölkədə qeyri-neft sektorunda yüksək artım müşahidə olunub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib.

Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 11 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm