Ekopublika.az
Meyvə-tərəvəz istehsalı azalıb
Azərbaycanda yanvar-iyul aylarında kənd təsərrüfatı
məhsullarının ümumi istehsalı faktiki qiymətlərlə 2 990 milyon
manat təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 4,2 faiz
azalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Hesabata əsasən, qeyd edilən dövrdə heyvandarlıq sahəsində məhsul
istehsalı 3 faiz, bitkiçilik məhsulları isə 10,8 faiz artıb.
2014-cü il iyunun 1-nə Azərbaycanda əkin sahələrinin ciddi uçotu
aparılıb. Ölkənin əkin sahələrinin ümumi sahəsi 1612,7 min hektar
təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz
azdır.
Ümumi əkin sahələrindən 1000,5 min hektarı (və ya 62 faiz) dənli və
paxlalı bitkilərin, 43,7 min hektarı (3,6 faiz) texniki bitkilərin,
165,8 min hektarı (10,3 faiz) kartof, tərəvəz və bostan, 402,7 min
hektarı (25 faiz) isə yem bitkilərinin payına düşüb.
Cari ilin avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda məhsul
yığımı davam edir.
Hesabat dövründə ölkədə 948,5 min ton dənli bitki (qarğıdalı
istisna olmaqla) istehsal olunub. Hər hektardan orta hesabla 22,8
sentner dənli bitki yığılıb. Toplanan qarğıdalı nəzərə alınmaqla
2014-cü ilin yanvar-iyul aylarında dənli bitki istehsalı 2176,3 min
ton olub.
Hesabat dövründə təsərrüfatlarda 717,8 min ton tərəvəz məhsulu,
466,1 min ton kartof, 325,1 min ton bostan məhsulu, 176,6 min ton
meyvə və giləmeyvə istehsal olunub.
Hesabat dövründə respublikada 252,4 min ton diri çəkidə ət, 1103,6
min ton süd, 889,1 milyon ədəd yumurta, 15,4 min ton yun istehsal
edilib.
Yanvar-iyul aylarında respublikada ötən ilin eyni dövrü ilə
müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 3,5 faiz, yumurta
istehsalı 11,3 faiz, yun istehsalı isə 1,6 faiz artıb.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO