ARDNŞ İranla memorandum imzaladı
Bizi izləyin

Ekopublika.az

ARDNŞ İranla memorandum imzaladı

Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

AzərTAc-ın məlumatına görə, səfər İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti rəhbərliyinin dəvəti ilə reallaşıb. Nümayəndə heyəti İranın Neft Nazirliyində, bu ölkənin neft və qaz şirkətlərində görüşlər keçiriblər. Görüşlərdə neft və qaz sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz hasilatı, nəqli və ixracı sahəsində imkanları, iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sonra tərəflər arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

ARDNŞ-in nümayəndə heyəti Tehranda elmi-tədqiqat neft sənayesi institutuna da dəvət edilib, iranlı alimlərin neft-qaz və nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm