ARDNŞ Rusiyada neft axtarır
Bizi izləyin

Ekopublika.az

ARDNŞ Rusiyada neft axtarır

"SOCAR Rus" MMC (Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti) Həştərxan vilayətində karbohidrogen yataqlarının öyrənilməsi üzrə proqram hazırlayır.

Publika.az-ın məlumatına görə, bunu Həştərxan vilayətinin sənaye, nəqliyyat və təbii sərvətlər naziri Sergey Кrijjanovski deyib.

Müəssisə Şimali-Beşkulskda karbohidrogen yataqlarının axtarışı və qiymətləndirilməsinə başlamaq üçün hələ 2013-ci ilin dekabrında lisenziya alıb. Bu yataq sahəsi Nərimanov rayonunda yerləşir.

Axtarış işlərinin nəticəsi uğurlu olsa, şirkət bilavasitə yatağın işlənməsinə keçmək niyyətindədir.

Mütəxəssislər Azərbaycan Dövlət Neft Şirkətinin ölkə hüdudlarından kənarda neft və qaz hasilatı bazarlarına çıxmaq istəyini müsbət qiymətləndirirlər. Onların fikrincə, ARDNŞ riskləri azaltmaq üçün ən münasib variantı və quruda neft-qaz çıxarılması sahəsi Azərbaycanla, demək olar, eyni olan qonşu ölkəni seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm