Moskvada Azərbaycan məhsulları yarmarkası açıldı
Bizi izləyin

Ekopublika.az

Moskvada Azərbaycan məhsulları yarmarkası açıldı

Rusiya ilə qərb ölkələri arasında davam edən qarşılıqlı iqtisadi sanksiyalar artıq ilk nəticələrini verməyə başlayıb.

ANS TV-nin məlumatına görə, qida qıtlığına yol verməmək üçün əlavə tədbirlərə görə Rusiya höküməti Moskvada Azərbaycan məhsulları yarmarkası açmağa qərar verib. Daha etraflı Moskva müxbirimiz Aqşin Sabiroğlunun reportajında...

Rusiya ilə Qərb ölkələri arasında davam edən qarşılıqlı iqtisadi sanksiyalar artıq ilk nəticələrini verməyə başlayıb. Qida qıtlığına yol verməmək üçün əlavə tədbirlər alan Rusiya hökuməti Moskvada Azərbaycan məhsulları yarmarkası açmağa qərar verib.

Alma, şaftalı, feyxua, üzüm, armud, qaysı, gavalı, heyva - bunlar Azərbaycandan gətirilən məhsulların sadəcə bir hissəsidir. Bundan başqa tərəvəz, ət və süd məhsulları ve əlbettə ki milli şirniyyat növləri də Azərbaycan yarmarkasında Moskva sakinlərinin yolunu gözləyir. Azərbaycanın Quba, Şəki, Lənkəran, Gədəbəy, Gəncə ve Gazax regionlarının təmsil edildiyi yarmarkada Azərbaycan musiqisi də qonaqların əhvalını qaldırır.

Satıcı İsa Məmmədov deyir ki, “Rusiya hökuməti sanksiyalarına görə sağ olsun. Bizə belə şərait yaradıblar, Azərbaycan məhsullarını gətirib burda yarmarkalarda satırıq. Bizim arzumuz budur ki, bu sanksiylar bundan sonra da davam eləsin və biz də daha çox məhsul satarıq”.

Alıcı Andrey Filipov qeyd edir ki, "Bu yarmarka Azərbaycan ve Rusiya xalqlarının qardaşlığının davam etdiyini göstərir. Əgər kimsə Polşa almasının Şamaxı və ya Quba almasından yaxşı olduğunu düşünürsə ciddi şəkilde yanılır. Azərbaycan yemişi, qarpızı və üzümünə nə çatar. Azərbaycan kababını daha demirəm. Bunlar əladır".

Moskva meriyasının qərarıyla sentyabr ayının sonunadək Moskvada 73 qida yarmarkasının fəaliyyətə başlaması nəzərdə tutulur.

"Rusiya və Qərb ölkələri arasında davam edən iqtisadi sanksiyaların nə zaman və necə başa çatacağı hələ bilinmir. Ancaq bugün Moskvada açılan Azərbaycan məhsulları yarmarkası bunu göstərir ki, bu sanksiyalar ölkələrimiz arasındakı ticari əlaqələrin daha da güclənməsi baxımından faydalı olacaq”.

Qeyd edək ki, Azərbaycan məhsulları yarmarkası önümüzdəki 3 ay boyunca fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm