Sanksiyalar Rusiyada ərzağı bahalaşdırdı
Bizi izləyin

Ekopublika.az

Sanksiyalar Rusiyada ərzağı bahalaşdırdı

Sanksiyalar Rusiyada ərzağın qiymətini qaldırıb. Avqust ayının yeddisindən bu tərəfə təkcə ətin qiyməti 6 faiz bahalaşıb. Qida məhsullarının qiymətlərində ortalama 10 faiz artım qeydə alınıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, bölgələrdə ət daha da bahadır. Sank Peterburqda qida məhsullarının qiymətləri 10 faiz bahalaşıb. Donuz ətinin qiyməti 6, toyuq ətinin 60, pendirin 10, qırmızı ətin 15 faiz qalxıb. Ən yüksək qiymət artımı Kamçatkada qeydə alınıb. Bölgədə donuz əti 17-20 faiz bahalaşıb. Əvəzində kartof 25, yumurta 1,5 faiz ucuzlaşıb. Amma kənd təsərrüfatı istehsalçıları sanksiyalardan dolayı qiymətləri qaldırmaq niyyətindədirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm