Azərbaycana hansı ölkədən daha çox məhsul gəlib?
Bizi izləyin

Ekopublika.az

Azərbaycana hansı ölkədən daha çox məhsul gəlib?

Bu ilin 7 ayında xarici ölkələrlə 15,3 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 11,2 milyard dollarlıq ixrac və 4,1 milyard dollarlıq idxal əməliyyatları aparılıb.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yanvar-iyun aylarında xarici ölkələrlə 15,3 milyard ABS dolları məbləğində ticarət, o cümlədən 11,2 milyard dollarlıq ixrac və 4,1 milyard dollarlıq idxal əməliyyatları aparılmış, 7,1 milyard dollarlıq müsbət saldo yaranıb. 2013-cü ilin yanvar-iyun aylarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 11,7 faiz azalıb. Ticarət əlaqələrinin 90,8 faizi və ya 13,9 milyard dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, o cümlədən 46,5 faizi və ya 7,2 milyard dolları Avropa İttifaqı ölkələri ilə, 9,2 faizi, yaxud 1,4 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib. Bu ölkə qrupları ilə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 9,8 faiz və 27,3 faiz azalıb.

Xarici ticarət dövriyyəsi istirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir. MDB üzvü dövlətləri istisna olmaqla, digər dövlətlərə ixrac olunan malların dəyəri müqayisəli qiymətlərlə 6 faiz azalıb. 0,8 milyard dollar həcmində məhsul göndərilib. MDB ölkələrinə ixrac olunmuş malların həcmi 37,7 faiz azalaraq 24,3 milyon dollar təşkil edib. İxracın 3,8 faizi MDB, 52,2 faizi və ya 5,9 milyard dolları Avropa İttifaqı ölkələri ilə, qalan 44,0 faizi və ya 4,9 milyard dolları isə digər dövlətlərlə həyata keçirilib. 2014-cü ilin yanvar-iyun ayları ərzində ölkəmizə idxal olunan malların 3,1 milyard dollarlığı MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olub.

Xarici ticarət dövriyyəsinin beşdə dörd hissəsindən çoxu (82,1 faizi) İtaliya, İndoneziya, Almaniya, Rusiya, Fransa, Türkiyə, İsrail, Amerika Birləşmiş Ştatları, Hindistan, İspaniya, Tayvan, Böyük Britaniya, Tailand, Çin, Gürcüstan, Portuqaliya və Avstriya dövlətlərinin hesabına formalaşıb. Mal mübadiləsinin 91 faizi, o cümlədən ixracın 94,5 faizi və idxalın 81,6 faizi sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü ilə həyata keçirilib. Bu hesablaşmaların dövriyyə üzrə həcmi 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 8,4 faiz azalıb. Ölkəmizə idxal olunan malların ümumi həcminin 14,3 faizi Rusiyanın, 14,2 faizi Türkiyənin, 8,1 faizi Amerika Birləşmiş Ştatlarının, 7,8 faizi Almaniyanın, 7,5 faizi Çinin, 6,4 faizi Böyük Britaniyanın, 5,1 faizi Ukraynanın, 3,3 faizi Qazaxıstanın, 2,5 faizi İtaliyanın, 2,4 faizi Koreyanın, 2,3 faizi Braziliyanın, 2,1 faizi Yaponiyanın, 1,9 faizi İranın, 1,8 faizi Niderlandın, 1,7 faizi Fransanın, hər birində 1,3 faiz olmaqla Belçika və Finlandiyanın, 16 faizi isə digər ölkələrin payına düşür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm