“10 il ərzində ölkə ixracatında tendensiyalar dəyişmir”- Açıqlama
Bizi izləyin

Ekopublika.az

“10 il ərzində ölkə ixracatında tendensiyalar dəyişmir”- Açıqlama

2014-cü ilin 7 ayında Azrbaycanın xam neft ixracı 19 milyon 941,1 min ton təşkil edib. Yanvar-iyulda boru kəmərləri ilə 19 milyon 398.58 min ton, dəmir yolu ilə isə 542.52 min ton neft ixrac olunub.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın Publika.Az-a açıqlamasına görə, hesabat dövründə bəyan edilmiş Azərbaycan neftinin ixrac həcmi $11,34 milyard dəyərində 13.79 milyon ton təşkil edib. Bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən ($11,6 milyard dəyərində 14,33 milyon ton) 3.8% azdır: “7 ayda Azərbaycan 1 ton neftinin ixrac qiyməti orta hesabla $822,34 və ya bir barel üçün $111,12 olub. Neft yenə də ölkəmizin əsas gəlir mənbəyi olaraq qalır. Ölkə ixracatının təxminən 86 faizi neft xammalından ibarətdir. Hakimiyyət tərəfindən iqtisadiyyatın diversifikasıyası istiqamətində atılan addımlara baxmayaraq, son 10 il ərzində ölkə ixracatında tendensiyalar dəyişmir. Əvvəlki kimi neft, yenə də ölkəmizin əsas gəlir mənbəyi olaraq qalır. Son dörd ildə dünya bazarlarında neftin qiymətinin sabit olması baxımından Azərbaycanın bəxti gətirib, bu qiymət hər zaman 1 barel üçün 110 və 111 dollar arasında dəyişib. Ona görə də biz praktiki olaraq 2011-ci ildən “Azəri-Çıraq-Günəşli” (AÇG) dəniz blokunda neft hasilatının həcmnin azalmasını o qədər də hiss etməmişik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm