Türkiyə qaz tələsində
Bizi izləyin

Ekopublika.az

Türkiyə qaz tələsində

Türkiyə qaz tələsində

Türkiyə, təbii qazı daha ucuz ala bilər. Amma, enerji siyasətində strateji səhvlər səbəbi ilə baha almaq məcburiyyətində qaldığı ortaya çıxıb.

Türkiyənin Baş naziri və nazirlərdən ibarət heyət İrana ziyarət edib. Türkiyənin çox əhəmiyyətli strateji səhvlər səbəbi ilə təbii qazı ucuza ala bilmədiyi aydın olub.

Publika.Az türk saytına istinadən xəbər verir ki, Türklərin 490 dollara aldığı qazı, Azərbaycan 45 dollara satılır. Türkiyə hal – hazırda həm İranla, həm də Azərbaycanla təbii qaz razılaşması imzalayıb.

Əslində Azərbaycanın təbii qazının min kubmetri 335 dollara satılır. Əgər Türkiyə Azərbaycan təbii qazının minimum alışını həyata keçirsə, sonradan alacağı hər min kub metrə görə, 45 dollar ödəyəcək.

Amma, çox təəssüf ki mümkün deyil. Çünki, təbii qaz neft kimi deyil. Rentabelli olmayan, bahalı və çətin saxlama şərtləri var. Digər problem isə Türkiyənin Azərbaycan qazı ilə İran qazını eyni xətt üzərindən almaq məcburiyyətində qalmasıdır.

Türkiyə boru xəttini döşəmədiyi və kompressorları quraşdırmadığı üçün Azərbaycandan qaz ala bilmir.

Əsl böyük səhv isə təbii qaz üçün, İranla edilən razılaşmasının şərtlərində ortaya çıxır. Türkiyənin İranla razılaşmasına görə, minimum təbii qaz miqdarını mütləq almalıdır.

Çünki, kontraktda “al ya da ödə” ( take or pay ) maddəsi iştirak edir. Yəni əgər Türkiyə 2014-cü ilin ortalarına qədər İrana təəhhüd etdiyi miqdarda təbii qazı almazsa belə pulunu ödəmək məcburiyyətində qalacaq. Daha açıq söyləmək lazım olarsa, ödəniş olacaq amma, qaz olmayacaq.

Bu səbəblərlə Türkiyə İrandan bahalı bir şəkildə təbii qazın alışına davam edir.

Bu zaman ortaya sual çıxır. Əgər kifayət qədər infrastruktur sərmayələri edilsəydi və İranla razılaşmanın şərtləri bu qədər ağır olmasaydı nə olardı?

Əgər şərtlər ağır olmasaydı, Türkiyə Azərbaycandan təbii qazı min kubmetrini 490 dollar əvəzinə 45 dollardan biləcəkdi. Türkiyənin bu ziddiyyətdən xilas olması üçün, dərhal infrastruktur sərmayələri edib ucuz təbii qaz alma fürsətini qiymətləndirməsi lazım olduğu vurğulanır.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm