Yaşayış evlərinin tikinti dinamikası düşüb – Özəl
Bizi izləyin

Ekopublika.az

Yaşayış evlərinin tikinti dinamikası düşüb – Özəl

İlin əvvəlindən bu tərəfə ölkədə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 986,5 min kvadrat metr yeni yasayış evi tikilib.

Publika.az Dovlət Statistika Komitəsinin hesabatlarına istinadən bildirir ki, yaşayış evlərinin tikintisi azalıb. Belə ki, bu ilin yanvarında 120 499 kvadratmetr yaşayış sahəsi tikilib. 2013-cü ilin yanvarında bu rəqəm 131 203 kvadratmetr olub. İyul ayında bu rəqəm 161 843 kvadratmetr təşkil edib.Halbuki ötən ilin müvafiq dövründə həmin rəqəm 263 178 kvadratmetr idi. Mənzil tikintisində dinamikanın düşməsi ən çox fevral ayında müşahidə edilib.

Onu da bildirək ki, 2013-cü ildə də əvvəlki ilə nisbətdə mənzil tikintisində azalma baş vermişdi. 2012-ci ilin statistikasına əsasən, Azərbaycanda hər min nəfərə 2,2 mənzil inşa olunub. Bu da Avropa, hətta qonşu Rusiya ilə müqayisədə çox aşağı rəqəmdir. Rusiyada göstərilən il üzrə hər min nəfərə 5,8 mənzil, Avropada isə bu göstərici 7,8 mənzil inşa olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm