Ekopublika.az
Kirayə mənzillər ucuzlaşıb?- Monitorinq
“İyul ayında mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib”.
Publika.Az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun araşdırmasına istinadən bildirir ki, əgər ötən ilin iyul ayında kirayə mənzil bazarında orta qiymət 713 $/mənzil və ya 10.6$/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 693 $/mənzil və ya 12.03 $/kv.m olub. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində -10,58% azalma, 1 kv.m sahənin kirayə qiymətində isə 0,67% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.
Zonalar
mart 2014
iyul 2014
artım, %
I zona
14.41
15.18
5.3
II zona
11.72
11.74
0.2
III zona
10.52
9.01
-14.4
IV zona
5.70
5.72
0.4
Şəhər üzrə
11.95
12.03
0.7
Bazar mütəxəsisləri onu da bildirir ki, iyul ayında bahalı
mənzillərin qiymətində və sayında azalma müşahidə edilib. Portfel
strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış
yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir.
Təklif portfelinə gəlincə, zonalar üzrə bölgüdə II zonadan fərqli olaraq I və III zonalarda artma müşahidə edilib. Əhalinin əksər hissəsinin III zonaya maraq verdiyindən, bu zonanın təklif portfelində payının artmağı normal hesab etmək olar: “2014-cü ilin iyul ayında kirayə mənzil bazarında təklifin həcmi -4,3% azalaraq 178 mənzil təşkil edib. Təklif portfelində azalmanın əsas səbəbini əksər mənzil sahiblərinin mənzilin uzunmüddətli kirayə verilməsi üçün tələbə mövsümünü gözləməsi ilə izah edilir.
Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub”.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!