Ölkədə qiymətlər niyə bahalaşıb? –Açıqlama
Bizi izləyin

Ekopublika.az

Ölkədə qiymətlər niyə bahalaşıb? –Açıqlama

Son günlər istehlak bazarında kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə edilir. Mövsümün bitməməsinə baxmayaraq, xiyar,pomidor, badımcan, bibər eləcə də digər tərəvəzlər bahalaşıb. Ən pisi isə odur ki, bahalaşmanın davamlı olacağı proqnozlaşdırılır. Xüsusilə, Rusiyanın Qərbdən məhsul idxalını qadağan etməsindən sonra yerli tərəvəzlərimizin əsasən şimal qonşumuza ixrac ediləcəyi irəli sürülür.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.Az-a açıqlamasında Rusiyanın embarqosunun Azərbaycana iki istiqamətdə təsir etdiyini bildirir: “Rusiyanın tətbiq etdiyi embarqo birlikdən də Azərbaycana gətirilən ərzaq məhsullarının artmasına zəmin yaradır. Rusiya bazarlarını məhsulla təmin edən şirkətlərin böyük qismi Mərkəzi və Şərqi Avropanı təmsil edirlər. Həmin şirkətlərin Rusiya ətrafı bazara çıxması istisnasizdır. Azərbaycan bazarında Avropa məhsullarının həcminin artması isə bu məhsulların cüzi də olsa qiymətlərini endirəcək”.

Mütəxəssisin sözlərinə görə, embarqo daxili bazarda yerli məhsulların qiymətinin qalxmasını şərtləndirəcək. Çünki fermerlər məhsullarını Rusiya bazarına çıxarmaqda daha maraqlıdılar. Bu onlar üçün yüksək gəlir deməkdir. Artıq daxili bazarda bəzi yerli məhsulların qiymətində artımlar müşahidə edilməkdədir. Bu artımlar davamlı ola bilər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm