• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Embawood” səhmlərini satışa çıxardı

“Embawood”  səhmlərini satışa çıxardı

“PAŞA Bank” ASC birja üzvü olan “PAŞA Kapital” MMC vasitəsi ilə “Embawood” MMC-nin İSİN kodu AZ2001019523 olan faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında market-meykerliyinə başlayır.

Publika.Az xəbər verir ki, market meykerin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.

Qeyd edək ki, hal-hazırda Bakı Fond Birjasında sözügedən istiqraz buraxılışı da nəzərə alınmaqla 12 istiqraz buraxılışının likvidliyi market meyker kotirovkaları vasitəsi ilə təmin edilir.

Bildirək ki, “Embawood” MMC korporativ istiqrazları Bakı Fond Birjasında qeyri-maliyyə sektoru üzrə listinqdən keçmiş ilk şirkətdir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR