Ətin,südün,yumurtanın, unun qiyməti nə qədər qalxıb? - Cədvəl
Bizi izləyin

Ekopublika.az

Ətin,südün,yumurtanın, unun qiyməti nə qədər qalxıb? - Cədvəl

Xəbər verdiyimiz kimi, ölkədə zəruri ərzaq məhsullarının qiymətləri bahalaşıb.

Hətta 50 manatın nominal dəyəri (alıcılıq qabiliyyəti) əvvəlki səviyyədə deyil. Məsələn, əvvəllər marketdə alış-veriş zamanı 50 manata bir neçə adda ərzaq məhsulu almaq mümkün idisə, hazırda bu məbləğlə bol çeşid seçim imkanı aşağıdır. Rəsmi statistika da göstərir iyul ayında istehlak qiymətlərinin bazis indeksi (Bazis indeksi dedikdə dövlət tərəfindən tənzimlənən qiymət və tariflər və mövsümi xarakterə malik olanməhsullar istisna olmaqla hesablanan istehlak qiymətləri indeksi nəzərdə tutulur) 2014-cü ilin iyun ayı ilə müqayisədə eyni səviyyədə qalsa da əvvəlki ilin yanvar-iyul aylarına nisbətən isə 1,8 faiz bahalaşıb.

Qiymət artımını cədvəllərlə daha yaxşı müşahidə edək:

Malın adı

2014-cü

ilin iyul ayı (kq, manatla)

2013-cü

ilin iyul ayı (kq, manatla)

2014-cü ilin

iyul ayı 2014- cü ilin iyun ayına nisbətən, faizlə

2014-cü ilin

iyul ayı 2013-cü ilin iyul ayına nisbətən, faizlə

Mal əti

7,63

7,59

99,7

100,5

Qoyun əti

9,31

9,00

99,8

103,4

Toyuq əti

3,23

3,34

99,4

96,7

Kərə yağı

6,84

5,99

100,2

114,2

Bitki yağı

2,26

2,25

99,9

100,4

Marqarin

2,46

2,48

100,0

99,2

Süd

0,90

0,88

99,2

102,3

Qatıq

1,52

1,53

100,1

99,3

Brınza pendiri

4,96

4,60

100,2

107,8

Yumurta (10 ədəd)

1,06

1,07

101,9

99,1

Şəkər tozu

0,98

1,01

100,1

97,0

Qənd

1,40

1,40

100,1

100,0

...ardı

Malın adı

2014-cü

ilin iyul ayı (kq,

manatla)

2013-cü

ilin iyul ayı (kq,

manatla)

2014-cü ilin

iyul ayı 2014- cü ilin iyun

ayına

nisbətən, faizlə

2014-cü ilin

iyul ayı 2013-cü ilin

iyul ayına

nisbətən, faizlə

Çay

4,59

4,34

99,9

105,8

Duz

0,52

0,49

100,1

106,1

Buğda unu

0,79

0,75

100,3

105,3

Çörək

0,60

0,60

100,2

100,0

Düyü

1,71

1,53

100,2

111,8

Manna yarması

1,72

1,65

100,2

104,2

Qarabaşaq yarması

1,55

1,67

99,5

92,8

Makaron

1,49

1,45

100,0

102,8

Vermişel

1,46

1,43

100,0

102,1

Kartof

0,77

0,59

86,8

130,5

Kələm

0,54

0,72

95,8

75,0

Baş soğan

0,41

0,52

84,1

78,8

Sarımsaq

1,55

1,83

92,3

84,7

Çuğundur

0,91

0,88

101,8

103,4

Yerkökü

1,03

1,00

106,2

103,0

Xiyar

0,65

0,75

94,5

86,7

Pomidor

1,06

1,03

94,7

102,9

Göyərti (1 dəstə)

0,17

0,17

102,3

100,0

Alma

1,04

1,32

85,7

78,8

Armud

1,78

1,71

89,1

104,1

Çiyelek

1,92

2,19

101,0

87,7

Alça

0,95

1,05

81,4

90,5

Banan

2,43

2,43

99,7

100,0

Göründüyü kimi ən zəruri ərzaq məhsullarının qiymətləri qalxıb. Monitorinqlər göstərir ki, bahalaşan təkcə ərzaq deyil, qeyri ərzaq mallarının da qiymətləri artıb. Konkret 2013-cü ilin yanvar-iyul aylarına nisbətən isə 3,6 faiz bahalaşma baş verib.

Ölkədə qiymətləri qalxması əhalinin xərclərində də özünü göstərir. Son 7 ayda gəlirlərin 70.3 faizi son istehlaka yönəldilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm