“Qazprom” mavi qazın ixrac qiymətini aşağı salır
Bizi izləyin

Ekopublika.az

“Qazprom” mavi qazın ixrac qiymətini aşağı salır

Yaxın iki-üç il ərzində “Qazprom” avropalı istehlakçılar üçün mavi yanacağın qiymətini 25% azaldacaq. Bu şirkətə ucuz başa gəlməyəcək. Artıq bu ildən “Qazprom” gəlirini itirməyə başlayıb. Şirkət ilin sonuna 4 milyard dollar kəsir riski yaşaya bilər.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, ölkənin İqtisadi İnkişaf Nazirliyi uzaq xaricə qaz ixracatında qiymətlərin kəskin aşağı düşəcəyini proqnozlaşdırır. Nazirliyin makroiqtisadi proqnozuna görə, 2014-cü ildə qazın min kub metrinin orta qiyməti 349 dollara qədər azala bilər. 2015-17 ci illər üçün isə qazın qiyməti 316 dollar, 307 dollar və 302 dollar proqnozlaşdırılır.

Beləliklə, yaxın 3 il ərzində uzaq xaricə tədarük edilən qazın qiyməti 2013-cü illə (387 dollar) müqayisədə 28% azalacaq.

Nəzərə çatdıraq ki, uzaq xaricə qaz ixracı “Qazprom”un əsas gəlir mənbəyidir. 2013-cü ildə bu istiqamət şirkətə 2.1 trilyon gəlir gətirib. İlin əvvəlində “Qazprom” qazın min kub metrinin qiymətini 372 dollardan hesablayırdı.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm