Ukraynanın boğazındakı rus kəlbətini
Bizi izləyin

Ekopublika.az

Ukraynanın boğazındakı rus kəlbətini

Ukraynanın boğazındakı rus kəlbətini

Rusiya, Ukrayna üçün 2013 –cü ilin sonlarında qazın qiymətini endirib. Demək olar ki, 2014 –cü ilin 1 –ci rübündə, qazın qiymətləri 2 dəfə aşağı düşüb. “Naftoqaz”, yanvar ayının borcunu Fevral ayının 7 –dək ödəməlidir.

İndi isə aydın olur ki, Ukrayna tezliklə bu borcu ödəyə bilməyəcək. Yanvar ayında, Ukaynanın təbii qaza olan borcu artaraq, 3,35 milyard dollar olub. Publika.Az rus saytına istinadən xəbər verir ki, “Naftoqaz” bu pulu tam ödəyə bilməyəcək. İlkin məlumatlara görə, Ukrayna “Qazprom” -dan 2,4 milyard kubmetr qazı, 650 milyona dollara alır.

2013 –cü ildə isə, Rusiya “Naftoqaz” -a, 13 milyard kubmetr qazın hər min kubmetrini 400 dollara satıb. 2013 –cü ildə Ukraynanın qaza olan borcu 2,7 milyard dollar olub. Dekabr ayında Ukrayna Rusiya tərəfindən endirim əldə edib. 2014 –cü ilin 1 –ci rübündə isə, 268,5 dollar sabit qiymət təyin olunub.

Eyni zamanda, 2013 –cü ilin borcunu, yanvarın 25 –nə kimi ödənilməsi Ukraynadan tələb olunub. Amma, Ukrayna nəyinki borcu ödəmir hətta borcların təxirə salınmasını Rusiyanın Baş Naziri Dmitri Medvedevdən xahiş edir.

“Naftoqaz”, yanvar ayının borcunu fevralın 7 –nə kimi “Qazprom”-a ödəmək məcburiyyətindədir. Başa düşüldüyü kimi Ukrayna bu borcu ödəyə bilməyəcək –deyə, Rusiyanın Prezident sözçüsü Dmitri Peskov bildirib.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm