Nərimanov rayonunda, “Gənclik” metrosu yaxınlığında torpağın sotu 200 000 dollara düşdü -Şərh
Bizi izləyin

Ekopublika.az

Nərimanov rayonunda, “Gənclik” metrosu yaxınlığında torpağın sotu 200 000 dollara düşdü -Şərh

Yay fəslinin sonlarına yaxınlaşdıqca torpaq bazarında təklif portfeli azalaraq 426 ədəd təşkil edib. Buna da səbəb bazarda aktivliyin artması olub. Bu da öz növbəsində qiymətin nisbətən bahalaşmasına gətirib çıxardıb.

Bazar iştirakçılarının Publika.az-a şərhinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -1,4% azalıb. İyul ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti -1,8% azalaraq 18.488 dollar/sot səviyyəsindən 18.820 dollar/sot səviyyəsində qərarlaşıb.

2014-cü ilin iyul ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artması müşahidə olunmasına baxmayaraq, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonlarında qiymət azalması baş verib: “İyun ayında Sabunçu rayonunda qiymət azalması qeydə alınmışdısa, iyul ayında bu rayonda torpaqların qiymətində 8,55% artma müşahidə edilib. Ümumilikdə qiymət artması daha çox mərkəzdən kənar rayonlarda, o cümlədən Abşeron və Sabunçu rayonlarında qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Binəqədi, Sabunçu və Abşeron rayonları, ən passiv rayon isə Nəsimi və Səbaildir. 2014-cü ilin iyul ayında torpaq bazarında aktivlik şəhərin IV zonasında artıb. Qiymətlərin və torpağa olan tələbin artmasına baxmayaraq, təklif portfelinin həcmində son ayda azalma müşahidə olunub. Göründüyü kimi iyul ayında təklifin həcmi bütün zonalarda azalıb.Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib. Mövsümi aylar olduğundan, əvvəlki aylarda da olduğu kimi torpaq sahələrində qeyd edilən qiymət artımı iyul ayında da artmaqda davam edib. Alqı-satqı əqdlərinin böyük hissəsinin IV zonada baş tutduğundan bu zonada qiymətlərin artım tempi daha çox müşahidə edilib. Digər üç zonada isə qiymətlər nisbətən azalıb.

Zonalar

iyun 2014, $/sot

iyul 2014, $/sot

orta qiymət

dəyişməsi, %

I zona

264352

252347

-4.54

II zona

165337

158321

-4.24

III zona

41235

36793

-10.77

IV zona

6248

8032

28.55

Ekspertlər deyir ki, hesabat ayında qiymətlərin artması nisbətən yalnız IV zonada qeydə alınıb. Ümumilikdə bu son ayda torpaq bazarında aparılan araşdırmalar onu göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir. Ümumilikdə torpaq bazarında qiymətlərin nisbətən artması strukturun dəyişmə səbəbinə baş verir, yəni bazarda qiymətlərin artıb azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz torpaqların hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin ardıcıl olaraq azalması, iyul ayında isə qiymətin artması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar. Digər sözlə, qiymətlərin ötən aya nisbətən artmasına səbəb ötən aylardakı torpaq sahələrində qeyd edilən qiymət azalmasının stabilləşməsini və təklif portfelində ucuz torpaq sahələrinin payının azalmasını göstərmək olar.
Torpaq bazarında az sayda azalan təklif portfeli, mövsümü ayın olması ilə yanaşı, həm də alqı-satqı əqdlərinin sayında qeyd olunan artımla bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi.

O da məlum olur ki, ay ərzində torpaq bazarına təklif olunan ümumi 426 ədəd torpaq sahəsinin 84.7%-i boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil еdib. Yеni tikililərin salındığı torpaq sahələrinin 26.7%-i köhnə yararsız еvlərin sökülməsi, 6.0%-i kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi -57% azalaraqq 11,6 sot/sahə təşkil edib.

Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması, şəhərin bütün zonalarında müşahidə edilib. Bazarda təklifin azalması, satışın həcminin artımı və boş torpaq sahələrinin azalması ilə bağlı olub.

Torpaq bazarında qiymətlərə gəlincə, mütəxəssislər deyir ki, 2014-cü il iyul ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi nisbətən artımla yadda qalıb. Qiymət indеksi ay ərzində 1,79% artaraq 9,42 səviyyəsində qərarlaşıb.

Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur.

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Gənclik m/st yaxınlığında (200 000 $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Digah qəsəbəsində (450 $/sot) qеydə alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm