• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyadan Qərbə qaz təhdidi - “Sibirin gücü” layihəsi

Rusiyadan Qərbə qaz təhdidi - “Sibirin gücü” layihəsi

Rusiyadan Şərqi Asiya istiqamətinə ilk təbii qaz boru xəttinin təməlatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Yakutiyada keçirilən mərasimə Rusiyanın dövlət başçısı Vladimir Putin və Çinin baş nazirinin köməkçisi Zhang Gaoli qatılıb. Beləliklə, layihə çərçivəsində hər iki tərəf enerji diplomatiyasında yeni addım atmış olublar.

"Sibirin Gücü" adlandırılan boru xətti ilə hər il 38 milyard kubmetr rus qazı Çinə tranzit olunacaq. Gələcəkdə bu həcmin 60 milyard kubmetrə qədər yüksəldilməsi gözlənilir.

Mərasimdə Vladimir Putin proyektin Qərbə qarşı olmadığının vurğulayıb: “Bu yeni boru xətti sayəsində yalnız ixracatımızı artırıb yeni bazarlar tapmaqla yanaşı, eyni zamanda ciddi addım atdıq. Öz ölkəmizə qaz tədarükünə başlayacağıq”.

Mütəxəssislər isə boru xəttini Rusiyanın Şərqə üzünü çevirməsinə bir işarə kimi şərh edirlər: “Rusiya qlobal enerji bazarında əhəmiyyətli rolunu vurğulayaraq Qərbə bağlı olmadığını bəyan etdi”.

Qeyd edək ki, qarşıdakı illərdə Pakistan və Hindistanın da bu layihəyə qoşulması gözlənilir.

“Sibirin Gücü” magistral qaz kəmərinin təxmini smeta dəyəri 770 milyard rubl ($21 milyard) olacaq. Müvafiq müqavilə 30 il müddətinə 21 mayda “Qazprom” ilə CNPC arasında imzalanmışdı. Müqavilənin dəyəri $400 milyarddır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR