1 milyard nəfər avtobusdan istifadə edib
Bizi izləyin

Ekopublika.az

1 milyard nəfər avtobusdan istifadə edib

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-cü ilin yanvar-iyul ayları ərzində 124,9 milyon ton yük daşınıb.

Publika.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 2,5 faiz artıb. Qeyri-neft yüklərinin həcmi 3,6 faiz artaraq 87,6 milyon tona çatıb. Nəqliyyat vasitələri ilə daşınan yüklərin 56,2 faizi avtonəqliyyat, 29,4 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,6 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük dasınması 4,8 faiz artıb. Bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük dasınmasının payı nəqliyyat sektorunda 75,8 faiz təskil edib. Yanvar-iyul aylarında nəqliyyatçılar 1,0 milyard nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox şərnişinə xidmət göstəriblər. Sərnisinlərin 87,4 faizi avtomobil, 12,3 faizi metro nəqliyyatının xidmətlərindən istifadə ediblər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm