Avtomobillərin sığortaya cəlb olunması artıb?
Bizi izləyin

Ekopublika.az

Avtomobillərin sığortaya cəlb olunması artıb?

Avqust ayında 98,620 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

Publika.az xəbər verir ki, bunların 24,7 minə qədərini xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,6 milyon manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 44,36%, sığorta haqlarının məbləğində 49,99 % artım müşahidə edilib.

Ümumilikdə cari ilin ilk 8 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 614 mindən çox sığorta müqaviləsi bağlanılıb. Müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 45,7 milyon manat təşkil edib. 2014-cü ilin ilk 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,94 %, sığorta haqlarının məbləğində isə 6,33% artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm