Banklar istehlak kreditlərini ucuzlaşdırıb
Bizi izləyin

Ekopublika.az

Banklar istehlak kreditlərini ucuzlaşdırıb

Güman olunur ki, bankların bu addımı mərkəzi bankın arayışsız kreditlərin dayandırılması barədə qərarının nəticəsidir.

Güman olunur ki, bankların bu addımı mərkəzi bankın arayışsız kreditlərin dayandırılması barədə qərarının nəticəsidir.

Çünki faizləri aşağı salan əsasən bundan əvvəl istehlak kreditlərini arayışsız, zaminsiz verən banklardır. Kreditlərin ucuzlaşması bəzi banklarda daimi xarakter alsa da, bəziləri bunu müəyyən kampaniyalar çərçivəsində həyata keçirir. Ümumilikdə, faizlərin 3-5% aşağı salındığını görmək olar. Bəzi banklar hətta komisyon haqqını aşağı saldıqlarını bəyan edirlər. Mütəxəssislərin fikrincə, bankları buna vadar edən maliyyə sənədi ilə bağlı qoyulan tələbdən sonra müştərilərinin sayının kifayət qədər azalmasıdır. Belə olan halda qalan az sayda müştərini cəlb etmək uğrunda banklar yalnız faizi aşağı salmaqla mübarizə apara bilirlər. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm