Misir enerji resurslarının qıtlığını yaşayır
Bizi izləyin

Ekopublika.az

Misir enerji resurslarının qıtlığını yaşayır

Birləşmiş Ərəb Əmirlikləri Misirə 8,7 milyard dollar məbləğində neft məhsulu tədarük edəcək.

Publika.az xəbər verir ki, bu barədə Misirin neftqaz korporasiyasının (EGPC) rəsmi nümayəndəsi bildirib. O qeyd edib ki, tədarük sentyabrda başlayacaq. Nəzərə çatdıraq ki, hazırda Misir enerji resurslarının qıtlığını yaşayır. Hər ay 1- 1,3 milyard dollar məbləğində neft məhsulları idxal etmək məcburiyyətində qalır. Misir höküməti benzin və digər yanacaq-sürtkü məhsullarının qiymətini sabit saxlamaq üçün hər il 15 milyard dollar vəsait ayırır.

Bu ilin iyun ayında Misir hökuməti benzinin geniş yayılmış növünə tətbiq edilən subsidiyanı azaldıb ki, bu da öz növbəsində yanacaq qiymətlərinin 70% artmasına səbəb olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm