Ekopublika.az
ARDNŞ ötən ay Ceyhan limanında 1,6 milyon tona yaxın xam neft ixrac edib
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min
157 ton təyyarə yanacağı ixrac edib.
Publika.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat
verir ki, 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil
benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının
- 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1 faizli
kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar
ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322
min 996 ton, Ceyhan limanından isə 1 milyon 592 min 40 ton xam neft
ixrac edib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm
Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks
etdirir.
2014-cü ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1
bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara,BTC FOB Ceyhan
tipli xam neft isə 108,76 dollara satılıb.
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR