• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiyanın embarqosu kimə neçəyə başa gəlir? –Siyahı

Rusiyanın embarqosu kimə neçəyə başa gəlir? –Siyahı

Xəbər verdiyimiz kimi, Rəsmi Kreml Qərb ölkələrinin iqtisadi və ticari sanksiyalarına cavab olaraq Avropa Birliyi, ABŞ, Kanada, Avstraliya və Norveçdən meyvə, tərəvəz, ət, balıq, süd və süd məhsulları, yumurta idxalını bir il il müddətinə qadağan edib.

Publika.Az xəbər verir ki, embarqo qərarı üzv ölkələrin ötən il Rusiyaya reallaşdırdığı 11,8 milyard avro dəyərində əkinçilik,qida məhsulu ixracatının 5,1 milyard avroluq qisimini əhatə edir.

Komissiyanın məlumatlarına görə, Rusiyanın embarqosu AB-yə üzv dövlətlər arasında ən böyük zərbəni Litvaya (922 milyon avro zərər) , Polşa (840 milyon avro zərər), Almaniya (589 milyon avro zərəri), Hollandiyaya (503 milyon zərəri) vuracaq.

Bir illik embarqonun xərci Danimarkaya 341 milyon avroya, İspaniyaya 326 milyon avroya, Belçikaya 281 milyon avroya, Finlandiyaya 273 milyon avroya, Fransaya 229 milyon avroya, İtaliyaya 163 milyon avroya, Yunanıstana 114 milyon avroya, Avstriyaya 103 milyon avroya, Macarıstana 77 milyon avroya, İrlandiyaya 70 milyon avroya, Latviya 67 milyon avroya, Estonyaya 60 milyon avroya başa gələcək.

Qeyd edək ki, AB-nin Kənd Təsərrüfatı nazirləri sabah Büseldə ibr araya gələrək Rusiyanın embarqosuna qarşı əlavə tədbirləri müzakirə edəcəklər.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR