Rusiyaya qaz tədarükü yenidən dayandırılıb
Bizi izləyin

Ekopublika.az

Rusiyaya qaz tədarükü yenidən dayandırılıb

Azərbaycan Rusiyaya qaz tədarükünü yenidən dayandırıb.

Publika.az xəbər verir ki, fasilə təmir işləri ilə əlaqədar yaranıb. Dövlət Neft Şirkəti fasilənin nə vaxtdan başladığını və nə qədər davam edəcəyini dəqiqləşdirməyib. Onu da qeyd edək ki, bu, bir il ərzində Azərbaycandan Rusiyaya qaz tədarükünün dayandırılması ilə bağlı artıq ikinci haldır. Belə ki, avtomobil yolunun təmiri ilə əlaqədar cari ilin əvvəlindən iyun ayının əvvəlinədək qaz tədarük edilməyib. İxracın dayandırılmasından əvvəl sutkalıq plan 2 mln. kubmetr təşkil edirdi.

Neft Araşdırmalar Mərkəzindən bildirirlər ki, son 3 ildə ilk dəfə olaraq Azərbaycanın Rusiyaya qaz ixracının həcmləri 1 milyard kubmetrdən aşağı səviyyəyə düşəcək. Belə ki, 2013-cü ilin yekunlarına görə, Azərbaycan Rusiyaya 1,37 mlrd kub metr qaz ixrac etmişdi. 2012-də bu həcmlər 1,75 mlrd, 2011-də isə bu həcmlər 1,5 mlrd təşkil etmişdi. Azərbaycan Rusiyaya qaz ixracına başlayan il – 2010-cu ildə isə ixrac həcmləri 799,7 mln kub metr olmuşdu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm