Rusiyada kütləvi ət bahalaşması
Bizi izləyin

Ekopublika.az

Rusiyada kütləvi ət bahalaşması

Rusiyada ərzaq məhsullarının qiyməti ceyran belinə çıxıb. Son iki həftədə toyuq əti 23 faiz, donuz əti 30 faiz, mal əti 40 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, bu barədə Federal Antiinhisar Təşkilatı bildirib. Təşkilatdan qeyd edilib ki, qaynar xətlərə 1254 müraciət daxil olub. Onlardan 1159-u qiymətlərin bahalaşması ilə bağlı olub. Qeyd edilir ki, şikayətlər Federasiyanın bütün bölgələrindən gəlib. Pərakəndə satış mərkəzlərində də ətin, balığın, toyuğun qiymətlərində artım qeydə alınıb.

Qeyd edək ki, avqustun 7-dən qüvvəyə minən sanksiyalar ət, ağartı, balıq, meyvə-tərəvəz məhsullarını əhatə edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm