Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunu yoxlayacaq
Bizi izləyin

Ekopublika.az

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunu yoxlayacaq

Hesablama Palatasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğuna dair həyata keçirilən audit tədbirlərinin nəticələriini müzakirə edib.

Bu barədə palatadan Publika.az-a bildirilib. Qeyd edilib ki, müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınib.

Kollegiyada, eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərinin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına, dövlət büdcəsindən Bakı şəhər Məktəbəqədər Təhsil müəssisələri və uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə və Neftçala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm