• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ARDNŞ-in Türkiyədə tikdiyi liman satıla bilər

ARDNŞ-in Türkiyədə  tikdiyi liman satıla bilər

Türkiyənin "Petlim Limancılık" şirkətinin səhmlərinin bir hissəsi ən iri və dərin konteyner limanının inşası çərçivəsində özəlləşdirilməyə çıxarıla bilər. Bunu "SOCAR Turkey Enerji"-nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Star" qəzeti yazıb.

Yavuzun sözlərinə görə, şirkət "Goldman Sachs"la "Petkim" neft-kimya holdinqinin 100 faizlik mülkiyyəti olan "Petlim Limancılık A.Ş."-nin səhmlərinin bir hissəsinin satışı ilə bağlı məsləhətləşmələrə başlayıb.

Onun sözlərinə görə, "Petlim Limancılık A.Ş."-nin səhmlərinin 25 faizinin özəlləşdirilməyə çıxarılacağı gözlənilir: "Şirkətin səhmlərinin satışa çıxarılması Türkiyədə ən iri və dərin konteyner limanının inşasına maliyyə vəsaitinin çatışmaması ilə bağlıdır".Eyni zamanda, Yavuz qeyd edib ki, özəlləşdirmə şirkətə mövcud etimadı və ölkəyə investisya axınının davam etdiyini nümayiş etdirən mühüm hadisə olacaq.

Bir müddət əvvəl ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev konteyner limanının tikintisinin 2014-cü ilin sonu - 2015-ci ilin əvvəllərində başa çatacağını bildirmişdi.Onun sözlərinə görə, yeni liman ARDNŞ-nin Türkiyədə şəriki olduğu "Petkim" neft-kimya kompleksinə əlavə gəlirlər gətirəcək.Layihənin dəyəri 400 milyon dollardır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR