• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Tətilə uzanan iş saatları...

Tətilə uzanan iş saatları...

Hər keçən gün inkişaf edən texnologiya, iş müddətlərini dəyişdirir.

Araşdırmalar göstərir ki, insanların bir çoxu tətilə çıxdıqlarında belə işlə əlaqələrini kəsmirlər. Yəni, işin gedişini mobil cihazlardan izləyirlər.

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyadakı işçilərin yarısı tətildə də işlə əlaqələrini kəsmirlər.

"Randstat" işçilərin tətildə olarkən belə, işlərindən nə qədər uzaq qala bildiklərini araşdırıb.

Dünyadakı işçilərin yüzdə 47% -i tətilə çıxdıqlarında, işdə nə olduğunu bilirlər.

Necə?

Mobil telefonlar və tabletlər vasitəsi ilə. Reallaşan araşdırmada, işçilərin haradasa yüzdə 30% -i müdriyyətin tələbi ilə tətil günlərində belə öz işlərini görürlər.

Xüsusilə 24 yaşda olanların, yüzdə 37% -i müdriyyətin tapşırığı ilə tətildə işlədiklərini dilə gətirib. Eyni yaş aralığındakı çalışanların yüzdə 55% -i öz istəkləri ilə öz işlərini gördüyünü söyləyiblər.

Orta yaş aralığında olan çalışanların yüzdə 71% -i tətillər günlərində işlə əlaqələrini tamam kəsdiklərini bildiriblər.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR