Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq
Bizi izləyin

Ekopublika.az

Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq

Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq.

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 03 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

Publika.Az DSMF sədri Elman Mehdiyevə istinadən bildirir ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir:

“Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 8 sərəncam verilmişdir. 2013-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub. Bununla belə istehlak qiymətlərinin 2,4 faizlik indeksi qeydə alınıb. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 milyon manat, il ərzində isə 21,6 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm