Bazarda ucuz mənzillərin sayı tükənir –Açıqlama
Bizi izləyin

Ekopublika.az

Bazarda ucuz mənzillərin sayı tükənir –Açıqlama

Ötən ay yeni tikililərdə mənzillərin qiymətləri ucuzlaşıb. Orta qiyməti 1312 $/кv.m-dən -5,7% azalaraq 1241 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1029 AZN/кv.m-dən -5,4% azalaraq 973 AZN/кv.m bəndində qərarlaşıb.

Bunu Publika.az-a açıqlamasında MBA “Consulting Group"un rəhbəri Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, Bakı şəhərinin ilkin mənzil bazarında aktivlik 2014-cü ilin iyul ayında əvvəlki iyun ayı ilə müqayisədə -4% azalıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə 6% artıb: “Hər ay olduğu kimi, bu ay da bazarda struktur dəyişikliyi davam etmiş, nəticədə bazar indikatorlarında uyğun trend qeydə alınıb. Bununla yanaşı, son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar iyul ayında artımla müşahidə edilib. Aktivliyin azalması ilə əlaqədar alıcılıq qabiliyyəti də azalıb. Bu da öz növbəsində ilkin mənzil bazarında təklif portfelinin artımına gətirib çıxarıb. Bazar portfelində ümumi təkliflərin sayı isə 568 ədəd təşkil edib. Ötən ayla müqayisədə 31%, ilin müvafiq ayı ilə müqayisədə isə 10% çox olub”.

N.İbrahimovun sözlərinə görə, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir: “Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar. Bundan əlavə bazarda real alıcılar tədricən tükənir və potesial alıcıların azalması ilə əlaqədar, ilkin mənzil bazarında qiymətlərin azalmasını normal qarşılamaq olar.Hesabat ayında bazarın aktivliyində azalma qeydə alınıb. Bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının -0,88% azalmasına gətirib çıxardıb.

Ekspert qeyd edir ki, 2014-cü ilin iyul аyının sonuna Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 568 ədəd оlub:” 2014-cü ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Son aylar təklifin həcmində azalmalar müşahidə olunsada, iyul ayında bu rəqəm kəskin artıb. Artımı bazarda potensial alıcıların azalması ilə bağlamaq olar”.

Artımın əsasən bahalı mənzil bazarında qeydə alındığını deyən N.İbrahimov bildirir ki, alıcıların əksəriyyəti ucuz mənzillər əldə etmək istədiklərinə görə, ilkin bazar portfelində ucuz mənzillərin sayında azalma, bahalı mənzillərin sayında isə artım baş verib.

Sinif

Bina sayı

Təklif portfeli

Sahə kv.m

$/mənzil

orta qiy $/kv.m

min.

orta

maks.

Ekonom klass

69

294

36

100.6

236

96.500

950

Biznes klass

31

256

46

135

245

210.000

1500

VİP klass

3

18

90

183.5

220

480.000

2600

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm